Yaşıl İqtisadiyyat e-kursuna giriş

Overview

Login to enrol Download syllabus

Green economy

Self-paced courses

10 hours

With certification

Azeri, English, Spanish, French, Romanian, Ukrainian, Mongolian, Armenian, Georgian

Hazırki kurs bizi yaşıl iqtisadiyyatın əsas anlayışları, siyasət alətləri və beynəlxalq çərçivələri ilə tanış edən bir səyahətə çıxaracaq.

Hazırki kurs bizi yaşıl iqtisadiyyatın əsas anlayışları, siyasət alətləri və beynəlxalq çərçivələri ilə tanış edən bir səyahətə çıxaracaq. Yolumuz kiçik hissələrə bölünən beş moduldan ibarətdir. İstəyinizdən asılı olaraq istənilən moduldan başlaya bilərsiniz.

Hər hansı bir çətinliklə qarşılaşsanız və ya suallarınız olarsa, help page səhifəmizə müraciət edin.

Bu kurs Avropa Birliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. Məzmunu mütləq şəkildə Avropa Birliyinin fikirlərini əks etdirmir.

logos: Unep, EU and EU for environment project

Kursu bitirdikdən sonra iştirakçılar aşağıdakıları edə biləcəklər:

  • Ənənəvi təcrübələrdən fərqli olaraq inklüziv yaşıl iqtisadiyyatın reallaşdırılması üçün məntiqi və əsas anlayışları təsvir etmək
  • Milli iqtisadiyyatların yaşıllaşdırılması üçün əlverişli şərtləri müəyyənləşdirmək
  • Əsas sektorlarda prinsipal imkanlar və çətinliklər barədə məlumat almaq
  • İnkluziv yaşıl iqtisadiyyatı inkişaf etdirmək üçün milli strategiya və planlaşdırma nümunələrini təqdim etmək
  • İnklüziv yaşıl iqtisadiyyatı dəstəkləmək üçün beynəlxalq çərçivələri və təşəbbüsləri fərqləndirmək

Kurs beş moduldan ibarətdir:

  1. Mövcud vəziyyəti başa düşmək - İnklüziv yaşıl iqtisadiyyatı inkişaf etdirməyin səbəbləri
  2. Alətlərə fokuslanmaq - Struktur dəyişikliyinə şərait yaratmaq
  3. Məqsədi görmək - Yüksək yaşıllaşdırma potensialı olan əsas sektorlar
  4. Yol çızmaq - Siyasət məqsədlərinə çatmaq üçün strategiya və planlaşdırma
  5. Münbit mühit - İnklüziv yaşıl iqtisadiyyatı dəstəkləmək üçün beynəlxalq çərçivələr və təşəbbüslər

Bütün testləri uğurla keçdikdən sonra kursun yekunlaşdırılmasına dair sertifikat alacaqsınız. Beş modulun hər birində test var. Testi müvəffəqiyyətlə başa çatdırmaq üçün 70% və ya daha yuxarı bal yığmaq lazımdır. Hər bir testi keçmək üçün üç cəhdiniz olacaq.

Sertifikatınız kurs səhifəsinin altındakı "Sertifikatlaşdırma" bölməsində yükləmək üçün avtomatik olaraq yerləşdiriləcək.


Bu elektron kurs Yaşıl İqtisadiyyat üzrə Fəaliyyət Tərəfdaşlığının (PAGE) çətiri altında hazırlanmışdır. PAGE, BMT-nin Ətraf Mühit Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, BMT-nin İnkişaf Proqramını, BMT-nin Sənaye İnkişaf TəşkilatıBMT-nin Təlim və Tədqiqat İnstitutu kimi beş təşkilatın fəaliyyətini birləşdirir. Bu təşkilatların mandatları, təcrübələri və şəbəkələri inklüziv yaşıl iqtisadiyyat üzrə ölkələrə inteqrasiya olunmuş və vahid dəstək təqdim edə biləcək.

logos: Unep, EU and EU for environment project